Flora Kərimova uğursuz plastik əməliyyatın qurbanı olub - VİDEO

Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.

Metbuat.az xəbər verir ki, Real TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib. O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:

"Bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib".

F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR