Bu şəxslər hər gün kivi yeməlidir

Turş dada malik olan kivinin tərkibində yüksək miqdarda C vitamini mövcuddur. Az kalorili olduğu üçün arıqlamaq istəyənlər üçün ideal meyvə olan kivinin bir çox faydaları mövcuddur.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, kivinin faydaları aşağıdakılardır:

- Kivi həzm sistemini yaxşılaşdıraraq bağırsaqdakı proteinləri parçalayan fermentlərə sahibdir.

- Kividə olan C vitamini astma xəstələrində xırıltılı tənəffüs simptomlarını yüngülləşdirməyə yardım edir. Bu, əsasən uşaqlar üçün faydalıdır.

- Kivi gözlərə faydalıdır. Meyvənin tərkibindəki "zeaksantin" və "lutein" gözləri A vitamini ilə təmin edir.

- Çox az kaloriyə sahib olan kivinin tərkibində az miqdarda yağ var. Odur ki, kivi çəki atmaq istəyənlər üçün faydalı meyvədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR