İqtisad Universitetində 20 Yanvar şəhidləri anılıb

İqtisad Universitetində 20 Yanvar şəhidləri anılıb
18:19 19 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Ali məktəbdən Lent.az-a verilən məlumata görə, mərasim iştirakçıları ali təhsil ocağında şəhid-tələbələrin xatirəsinə ucaldılan memorial xatirə kompleksini ziyarət ediblər. Vətənimizin azadlığı yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, 20 yanvar xalqımızın tarixinə sınaq, qəhrəmanlıq və inam günü kimi yazılıb. Rektor əlavə edib ki, 20 yanvar faciəsinə ilk siyasi qiyməti 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev verib. O, çətinliklərə və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qətliamı törədən sovet rəhbərlərini kəskin şəkildə tənqid edib.

Milli Məclisin deputatı, Qiymət və qiymətləndirmə kafedrasının müdiri, professor Xanhüseyn Kazımlı, Azərbaycan tarixi kafedrasının professoru Abbas Seyidov 20 yanvar faciəsinin siyasi-tarixi səbəblərini geniş şərh ediblər.

Tədbir 20 yanvar hadisələrini əks etdirən videofilmin nümayişi ilə davam edib.

 Tədbirlər planına uyğun olaraq, ADİU-nun bütün fakültələrində 20 yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib. Universitetin “İqtisadçı” qəzetinin “Qara Yanvar”la bağlı xüsusi sayı çapdan çıxıb. ADİU-nun dəhlizlərində quraşdırılan xüsusi monitorlarda faciəyə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR