Kripto bazarına yeni koin daxil olur

Kriptovalyuta bazarının nəhənglərindən olan "Ripple" yeni bir stabil koin yaradacaq.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu barədə şirkət özü məlumat yayıb. Məlumata görə, dollar indeksli koin ilk öncə ABŞ-də istifadə ediləcək.

Şirkətin bugünə qədər istifadə etdiyi "XRP" koinində isə yeni qərardan sonra heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, stabil koinlər dollar, avro və qızıla indeksli olaraq istifadə edilir. Bunlardan ən məşhuru "Tether"dir (USDT).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR