“Azərbaycan-Konqo əlaqələri strateji əməkdaşlıq səviyyəsində inkişaf edə bilər” - Deputat

Xəbər verdiyimiz kimi, Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycan Respublikasına rəsmi səfər edib.

Səfərin yekunları barədə Metbuat.az-a açıqlama verən millət vəkili Kamilə Əliyeva bildirib ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması eləcə də ölkə daxilində həyata keçirilən beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin uğurlu icrası dünya dövlətləri tərəfindən Azərbaycana marağı artırıb:

“Azərbaycan qadını gənc nəslin tərbiyə olunması işini şərəflə bacarır” -

“Afrika dövlətləri Azərbaycanla siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət veririlər. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər etməsi bunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyev Konqo Respublikasının Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Azərbaycanla Konqo arasında imzalanmış Əməkdaşlıq haqqında Bəyannamə iki ölkə arasında dostluq əlaqələrinin yüksəlməsinə böyük təkan verəcək və uğurla inkişaf etdirilməsinə zəmin yaradacaq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Konqo dövləti hər zaman Azərbaycana öz dəstəyini göstərib. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə təşkilat beynəlxalq aləmdə nüfuzlu bir quruma çevrilib. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platforması yaradılıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə dünyada neokolonializmə qarşı mübarizə məsələləri ön plana çəkilib. Neokolonializmə qarşı Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də dünyada böyük hörmət qazanıb”.

Azərbaycanla Konqo arasında imzalanmış sənədlərə əsasən ölkəmizin Konqo dövləti ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyini vurğulayan deputat qeyd edib ki, bu, iki dövlət arasında strateji əməkdaşlığın yaranmasına zəmin olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR