Ananasın bilinməyən faydaları - Bu dərdlərə çarədir

Ananas dünyada və ölkəmizdə ən çox istehlak edilən meyvələr sırasındadır. Bəs, bu meyvənin insan orqanizminə faydaları nədən ibarətdir?

Metbuat.az xarici mediaya istinadən ananasın faydalarını təqdim edir:

- C vitamini ilə zəngin olan ananas immuniteti gücləndirməyə kömək edir.

- Siqaret və radiasiyaya məruz qaldığımız halda və qidaların orqanizmdə parçalanmasından sonra ortaya çıxan sərbəst radikallar bir çox xroniki xəstəliklərə səbəb olur. Ananas bu radikallardan vücudu qoruyan "flavonoid" və "fenolik asit"lərlə zəngindir.

- Artir və ürək-damar xəstəlikləri riskini azaldır.

- Qanın laxtalanması və sümüklərin formalaşmasında rol oynayan "manganez" ilə zəngindir.

- Ananas həm də ağrıkəsicidir. İnfeksiya, yanıq və s. kimi durumlarda sağalmanı sürətləndirmək və ağrıları azaltmaq üçün istifadə edilə bilər.

- B qrupu vitaminlərlə zəngin olduğu üçün maddələr mübadiləsinin təşkilində rol oynaya bilir. Həmçinin, qan hüceyrələrinin yaranmasına kömək edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR