Rusiya Ermənistan hakimiyyətini cəzalandıra bilər - AÇIQLAMA

Uzun müddətdir gərgin olan Ermənistan – Rusiya münasibətlərinin oyun olduğunu düşünənlər çoxdur.

Məsələnin görünməyən tərəfləri barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov hesab edir ki, nəzəri baxımdan bu mümkündür.

“Çünki Rusiya ilə Ermənistanın uzun illər yaxşı münasibəti olub. Ermənistan tarix boyu sürüşkən siyasətə meyillidir. Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan qərbmeyilli siyasətçidir. O 2018-ci ildə küçədən hakimiyyətə gələndə də Qərbin planlarına daxil idi. Məqsəd Ermənistanı Rusiyadan qoparmaq və Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflədərək regionda möhkəmlənmək idi. Biz 2018-ci ildən bəri bu prosesləri müşahidə edirik. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Qərbə sarı meyillənməyə başladı. Paşinyan hakimiyyətə gələndə bəlli idi ki, bu adam qərb meyilli siyasətçidir”.

Ekspert qeyd edib ki, Ermənistan və Rusiya arasında davam edən gərginlik artıq təkcə söz səviyyəsində deyil, həm də əməl səviyyəsindədir:

Ümumiyyətlə istisna etməsəm də, ehtimalların az olduğu qənaətindəyəm. Bu, tamamilə təbii və məqsədyönlü prosesdir. Paşinyanın qərbmeyilli siyasətçi olması özü açar rol oynayır. Düşünürəm ki, proses belə davam edərsə, bir müddətdən sonra Rusiya tədricən Ermənistanın mövcud hakimiyyətini cəzalandıra bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı