“Mançester Siti” və “Arsenal” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

Metbuat.az xəbər verir ki, günün ilk oyununda yeddi görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" səfərdə "Kristal Pelas"a 4:2, "Arsenal" isə "Brayton" 3:0 hesabı ilə qalib gəlib.

Turun digər oyunlarında "Everton" "Börnli"ni, "Nyukasl" "Fulhem"i 1:0, "Luton" "Bornmut"u, "Vest Hem" "Vulverhempton"u 2:1 hesabı ilə məğlub edib. "Aston Villa" - "Brentford" görüşü isə 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Arsenal" başçılıq edir. "Liverpul" 70 xalla ikinci, eyni xala malik "Mançester Siti" isə üçüncü pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR