"WhatsApp"da gözlənilən yenilik - Sınaqlara başlanıldı

"WhatsApp" messenceri istifadəçilər üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Metbuat.az baku.ws-ə istinadən xəbər verir ki, yenilik "WhatsApp" status yeniləməsinin bildiriş funksiyasıdır.

Yenilik Android 2.24.6.19 beta versiyasında sınaqdan keçirilməyə başlanılıb.

"WhatsApp" status yeniləmələri üçün bildiriş funksiyasını təqdim edəcək.

Bu yeni funskiya sayəsində istifadəçilər status yeniləmələrində müəyyən şəxsləri qeyd etdikdə birbaşa bildirişlər göndərə biləcəklər.

Qeyd edək ki, oxşar funskiya hazırda "Instagram"da mövcüddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR