"Qalatasaray" azarkeşlərinə Çempionlar Liqası hədiyyəsi - Ulduz futbolçu gəlir

"Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, liqanı ilk 2-də bitirməsini təmin edən “Qalatasaray” növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Bu səbəbdən “Qalatasaray” rəhbərliyi ulduz futbolçuları transfer edərək iddialı heyət qurmaq istəyir. “A Spor”un xəbərinə görə, "Qalatasaray" İspaniyanın "Barselona" komandasında çıxış edən İlkay Gündoğanı transfer etmək istəyir. Futbolçunun transfer dəyəri 16 milyon avrodur. Mövsümün əvvəlində "Mançester Siti"dən "Barselona"ya transfer olunan İlkayın orada narazı olduğu bildirilib.

İlkay Gündoğan bundan əvvəlki açıqlamalarında “Qalatasaray” barədə xoş fikirlər səsləndirmişdi. İlkay Gündoğan bu mövsüm 43 matçda 5 qol vurub, 10 məhsuldar ötürmə edib. Ulduz futbolçunun İspaniya komandası ilə müqaviləsi 2025-ci ildə yekunlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR