Dolları olanlara VACİB XƏBƏR: Manatın məzənnəsi...

Dünyanın bir çox ölkələrində dolların güclənməsi fonunda vəziyyətin manata təsir mexanizmləri müzakirə mövzusuna çevrilib.

Azərbaycan üzən məzənnə rejiminə keçməyib. Hazırda manatın dayanıqlığı AMB və tədiyyə balansının təsirindən asılıdır. Qarşıdakı aylarda devalvasiya ehtimalları barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Eyyub Kərimli bildirib ki, ölkəmizin makroiqtisadi göstəriciləri sabitdir:

“Hazırda dünyanın Mərkəzi Bankları, o cümlədən Amerikada bir müddətdir uçot dərəcəsinin artırılması siyasəti həyata keçirilir. Bu addım 2022-ci ildəki kəskin inflyasiya artımın qarşısını almağa xidmət edir və artıq müəyyən nəticələr əldə olunub. Həm Avropada, həm Amerikada, ümumiyyətlə dünyada müəyyən inflyasiyada səngimə müşahidə edilir.

Sərt monetar siyasət, dolları, avronu və digər valyutalara nisbətdə bahalaşdırır. Bunun da müəyyən iqtisadi aktivliyə təsirləri var. Hesab edirəm ki, uçot dərəcəsinin artımı manatın məzənnəsinə heç bir əsaslı təsir göstərməyəcək”.

Mərkəzi Bank tərəfindən manatın məzənnəsinin müəyyənləşdiyini xatırladan iqtisadçı qeyd edib ki, Azərbaycanda milli valyutanın dayanıqlığına və sabitliyinə təsir edəcək təhlükə yoxdur:

“Bizim həm valyuta ehtiyatlarımız, həm də valyuta gəlirlərimiz sabitdir. Düşünürəm ki, ABŞ-də FED-in qərarları dollar manat münasibətlərində manatın ucuzlaşmasına yol açmayacaq”.

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov vurğulayıb ki, son üç ay ərzində hərraclarda dollara tələb yüksək olsa da, aprel ayında tələbin optimallaşması müşahidə edilib:

“Manatın məzənnəsi AMB-nin mövqeyindən asılıdır. Hazırda bizdə tənzimlənən fix valyuta rejimidir. 2024-cü ilin qarşıdakı aylarında neftin dünya bazarındakı qiyməti milli valyutanın qiymətinə təsir göstərən əsas fakt olaraq qalacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR