Bakıda svetoforu sındırdılar - FOTO

Bakıda piyada svetoforunun düyməsi sındırılıb.

Bu barədə Metbuat.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Məlumatda deyilir:

"Naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada svetoforunun düyməsini sındırıblar. Nəticədə də svetofor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR