Zərdabda ağır qəza - Ölən var

Zərdab-Kürdəmir yolunda qəza olub.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirib ki, bu gün saat 11 radələrində Zərdab-Kürdəmir yolunun Zərdab rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Ağcəbədi rayon sakini K.Hüseynovun idarə etdiyi "Mercedes Benz" markalı avtomobillə Zərdab rayon sakini Eyyub Eyyubovun idarə etdiyi "VAZ" markalı maşın toqquşub.

Hadisə nəticəsində E.Eyyubov ölüb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR