Ürək xəstəliyi olanlar bu meyvəni yeməlidir

Dəfnə fəsiləsinə aid olan avokado son dövrlərin ən məşhur meyvələrindəndir. Lif mənbəyi hesab edilən avokado karbohidratlardan daha yaxşı yağ ehtiva edir. Bu səbəblə avokadonun diabet, ürək xəstəlikləri və xolesterinə qarşı faydaları var. Avokado neytral dadına görə salatlarda, souslarda, sendviçlərdə və yeməklərdə sağlam şəkildə istifadə edilə bilər.

Metbuat.az xarici mediaya istinadən avokadonun faydalarını təqdim edir:

- Xolesterin səviyyəsini tarazlaşdıraraq ürək sağlamlığını qoruyur.

- Yaşlanma əleyhinə təsirə malikdir.

- Gözdə makula degenerasiyası riskini azaldaraq görmə problemlərinin qarşısını alır.

- Avokado tərkibindəki K vitamini ilə sümük sağlamlığını dəstəkləyir.

- Hamiləlik dövründə körpənin sağlam inkişafına kömək edir.

- Depressiyanın təsirlərini azaldır.

- Həzmi yaxşılaşdıraraq qəbizliyin qarşısını alır.

- Liflə zəngin olduğu üçün toksinlərin atılmasını asanlaşdırır.

- Ürək xəstəlikləri riskini azaldır.

- Avokado vitamin və minerallarla zəngindir.

- Tərkibindəki saponin sayəsində osteoartrit əlamətlərini azaldır.

- Avokado antimikrobiyal təsirə malikdir, infeksiyadan qoruyur.

- Oksidləşdirici zərəri azaltmağa kömək edir.

- İştahı tənzimləməkdə təsirlidir.

- Avokado beyin fəaliyyətini yaxşılaşdırır.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR