Məşhur şairin qohumu olan iş adamı vəfat etdi - FOTO

Azərbaycanın süd məhsulları istehsalçısı “Milk - Pro” şirkətinin direktoru Mövsüm Şıxıyev uzun sürən xərçəng xəstəliyindən 66 yaşında vəfat edib.

Metbuat.az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, Mövsüm Şıxıyevin şirkəti olan "Milk - Pro" 1994-cü ildən başlayaraq istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsulları da istehsal etməyə başlayıb.

Mövsüm Şıxıyevin şirkətinin hal-hazırda səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı da vardır.

Həmçinin qeyd edilir ki, iş adamı məşhur şair Maqsud Şeyxzadənin qardaşı oğludur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR