Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov «Qəbələ» azarkeşlərini sevindirib.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, Londonda yaşayan fəxri prezident kluba maliyyə dəstəyini davam etdirəcəyini bildirib.

Gənc biznesmen Premyer Liqada çətin günlər yaşayan «qırmızı-qaralar»ı I Liqada da tək buraxmayacaq.

Tale Heydərov «Qəbələ»yə 1 milyon manat vəsait ayırıb.

Qeyd edək ki, region təmsilçisi hazırda 16 xalla Premyer Liqanın sonuncusudur. Qəbələlilər ondan 1 üst sıradakı «Kəpəz»dən 14 xal geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı