Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov da saxlanılıb.Müvafiq qərarla Ə.Məhərrəmov 20 sutka inzibati qaydada həbs edilib.
DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.