Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.
Metbuat.az modern.az-a istinadən xəbər verir ki, bu barədə eks-nazirin özü bildirib. O deyib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:
"Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə Şıxov sanatoriyasında müalicə alıram. Onu da qeyd edim ki, burada yaradılmış şəraitdən çox məmnunam", - sabiq nazir deyib.
Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitunun direktoru vəzifəsində çalışır.
Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub.
1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.