Bu rayonlara yeni polis rəisləri təyin etdilər

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrləri ilə Nəsimi və Yasamal rayonlarına yeni polis rəisləri təyin edilib.

Metbuat.az Qafqazinfoya istinadən xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) idarə rəisi polis polkovniki Vüqar Ağayev vəzifəsindən azad olunaraq Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsinə, Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev isə vəzifəsindən azad olunaraq Yasamal Rayon Polis İdarəsinə rəis təyin olunub.

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR