“Yuventus”dan türk futbolçuya möhtəşəm jest

"Yuventus” türkiyəli futbolçu Kənan Yıldızla müqaviləni uzatmağa və ona əfsanəvi futbolçu Alessandro Del Pyeronun formasını verməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, "Yuventus" Yıldızla 2029-cu ilə qədər yeni müqavilə imzalamaq istəyir.

Bildirilir ki, “qoca sinyora”nın azarkeşlərin böyük maraq göstərdiyi 18 yaşlı hücumçu ilə son vaxtlar Avropa klublarının maraqlanması “Yuve”ni belə addım atmağa sövq edir. Hazırda komandada 15 nömrəli formanı geyinən hücumçunun yeni müqavilədən sonra 10 nömrəli formanı geyinəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR