“Atletiko” evdə, “Barselona” səfərdə qalib gəldi - Çempionlar Liqası

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, bu gün 2 matç keçirilib. "Atletiko" Dortmund "Borussiya"sını, PSJ "Barselona"nı qəbul edib. Madriddəki görüşdə "Atletiko", Parisdəki matçda isə qonaq "Barselona" qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması apreli 16-da oynanılacaq.

10 aprel

23:00. "Atletiko" - "Borussiya" (Dortmund) - 2:1

Qollar: Rodriqo, 4, Lino, 32 - Haller, 81
"Çivits Metropolitano"

23:00. PSJ - "Barselona" - 2:3

Qollar: Dembele, 48, Vitinya, 51 - Rafinya, 37, 62, Kristensen, 77
"Park de Prens"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR