"Fənərbağça" ilk oyunda məğlub oldu - Konfrans Liqası

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.

Metbuat.az-ın məlumatına görə, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda "Olimpiakos"un qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR