Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Məlumata görə, vilayətin Pazarcık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qeydə alınıb.

Zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.