Namis Şirməmmədov vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru və aktyoru Namis Şirməmmədov dünyasını dəyişib.

Metbuat.az-ın məlumatına görə, bu gün axşam saatlarında Sumqayıt şəhərində yaşadığı evdə N. Şirməmmədovun səhhəti qəfil pisləşib. Aktyor Təcili Tibbi Yardım briqadasının köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun onun həyatını xilas etmək mümkün olmayıb. Əməkdar artist xəstəxanada dünyasını dəyişib.

Aktyorla vida mərasini sabah keçiriləcək.

Namus Xanmirzə oğlu Şirməmmədov 1962-ci ildə Ağsu rayinunun Bico kəndində ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə o, Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilən Namis Şirməmmədov

1989-cu ildə kurs rəhbəri, Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli sənətkar Həsənağa Turabovun dəvəti ilə Akademik Milli Dram Teatrının truppasına qatılıb. 1997-ci ildə yenidən Sumqayıt teatrına qayıdıb.

Bədii filmlərdə və seriallarda çeşidli obrazlar yaratmış Namis Şirməmmədov teatrda ulu öndər Heydər Əliyevin bədii obrazını canlandıran ilk aktyor idi.

Psixoloji-dramatik oyun tərzi ilə böyük uğur qazanmış Əməkdar artist quruluşçu rejissor kimi maraqlı tamaşalar da ərsəyə gətirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR