Bakının mərkəzində bina yandı

Bakı şəhərinin Səbail rayonunda hündürmərtəbəli bina ilə bitişik taxta konstruksiyada yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Göyüş Qarayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onsəkkizmərtəbəli yaşayış binasına bitişik taxta konstruksiyadan ibarət tikilidə baş verdiyi və hər an binaya keçmə riskinin olduğu müəyyən edilib:

“Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yaşayış binasına keçməyə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi 5m² olan taxta konstruksiyadan ibarət yarımçıq tikili və 25 m² sahədə taxta qırıntıları yanıb, binanın fasadında 5p.m. elektrik kabelləri əriyib. Yaşayış binası yanğından mühafizə edilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR