Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Metbuat.az bildirir ki, günün ilk matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi bitib - 2:1. 49-cu dəqiqədə "Qəbələ"nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Belajdi Pusi görüşdə son nötqəni qoyub.

Sonuncu - 10-cu pillədə qərarlaşan "Qəbələ" 15 xalda qalıb. Qonaqlar hələlik 42 xalla 5-ci yerdədir.

Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Ötən gün "Sumqayıt" - "Zirə" qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR