Bayden İranın İsrailə qarşı hücumlarını pisləyib

İranın İsrailə qarşı hücumlarını ən kəskin şəkildə pisləyirəm.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin yaydığı bəyanatda deyilir. O bildirib ki, ABŞ hərbçiləri İsrailin müdafiəsinə dəstək məqsədilə son bir həftə ərzində təyyarə və ballistik raketlərdən müdafiə sistemlərini bölgəyə daşıyıblar: “Bu yerləşdirmə və hərbçilərin fövqəladə bacarığı sayəsində biz demək olar ki, daxil olan bütün dron və raketlərin vurulmasında İsrailə kömək etmişik”.

Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə də danışdığını və İsrailin müdafiəsi ilə bağlı ABŞ-ın sarsılmaz mövqeyini ifadə etdiyini vurğulayıb.

ABŞ lideri aprelin 14-də İranın hücumuna birgə diplomatik cavabı koordinasiya etmək üçün G20 ölkələrinin liderləri ilə müzakirələr aparılacağını qeyd edib. “Bu gün bizim qüvvə və obyektlərə hücum olmasa da, bütün təhdidlərə qarşı ayıq-sayıq olacağıq və tərəddüd etmədən xalqımızın müdafiəsi üçün bütün lazımi addımları atacağıq”, - deyə Cozef Bayden vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR