Azərbaycan millisi finala vəsiqə qazandı

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib.

Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR