Nicat Abasov Nakamura ilə üz-üzə gələcək

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Metbuat.az xəbər verir ki, 28 yaşlı qrossmeyster X turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Nakamura isə 4,5 xalla 4-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR