"Qarabağ"ın daha iki rəqibi bəlli oldu

“Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib.

Metbuat.az xəbər verir ki, buna Qazaxıstan və Litva çempionatlarında qızıl medalçının səbətinin bəlli olması ilə aydınlıq gəlib.

Belə ki, “Panevejis” və “Ordabasi”nin püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Bu da o deməkdir ki, püşkdə güclülərin səbətində qərarlaşacaq “Qarabağ” adları çəkilən komandalara rəqib ola bilər.

Qeyd edək ki, daha əvvəl İslandiya klubu “Vikinqur”un Ağdam təmsilçisinin mümkün rəqibi olacağı bilinirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR