Mbappe "Real"dan imtina edə bilər - Sürpriz iddia

Fransa yığmasının sabiq baş məşqçisi Luis Fernandes Mbappenin bu mövsüm Çempionlar Liqasını qazanacağı təqdirdə “Real Madrid”dən imtina edə biləcəyini qeyd edib.

Metbuat.az xəbər verir ki, Fernandes ulduz futbolçunun qərar vermə prosesində dəyişiklik edə biləcəyini bildirib. Fernandez PSJ-nin bu mövsüm Çempionlar Liqasını qazanacağı təqdirdə Mbappenin komandada qala biləcəyini bildirib.

“Sport”a danışan Fernandez bunları deyib:

“Hazırda heç bir rəsmi açıqlama verilməyib. Mbappeni gözləməliyik. O, qərarını verəndə bunu açıqlayacaq. Hələlik onu deyə bilərəm ki, o, 7 il PSJ-də parlaq oyun nümayiş etdirir. PSJ liqanın qalibi olacaq və kubokun finalına yüksələcək. Çempionlar Liqasını da qazansalar, mən heç nəyi istisna etmirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR