Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı

2024-cü ilin ilk rübündə ölkəmizdə əmək müqavilələrinin sayı 30,3 min müqavilə və ya 1,7 faiz artaraq 1 milyon 839 min 109-a çatıb.

Metbuat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 3 ayda əməkhaqqı fondunda daha 2,9 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR