Bekhemin avtomobili hərraca çıxarıldı (FOTO)

Bekhemin avtomobili hərraca çıxarıldı (FOTO)
18:26 19 Yanvar 2015
129 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin qəzaya uğramış avtomobili ebay-da hərraca çıxarılıb.

ANS PRESS-in məlumatına görə, onlayn-hərraca çıxarılmış "Audi" markalı avtomobilin ilkin qiyməti 43 min avrodur.

Qəza Bekhem 15 yaşlı oğlu Bruklini London "Arsenal"ının məşq bazasından evə gətirərkən baş verib. Şahidlərin sözlərinə görə qarşıdan gələn avtomobil sürət həddini aşaraq, sabiq futbolçunun idarə etdiyi avtomobili vurub.

Bekhemlər ailəsindən ciddi xəsarət alan olmayıb və ata-oğul maşından özləri çıxıblar.

İndi Qərbi Yorkşir kompaniyası ebay vasitəsi ilə avtomobili satışa çıxarıb. Mütəxəssislərin rəyinə görə, Audi RS6 Bekhemin avtomobilə görə ödədiyi puldan 2 dəfə ucuz satılır.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=320602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR