Onlayn məktəblərarası biologiya yarışması keçirilib - FOTOLAR

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası nın təşkilatçılığı ilə Teams platforması üzərindən onlayn formada, məktəblərarası biologiya yarışması keçirilib.

Metbuat.az xəbər verir ki, yarışmada Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyi , Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxsi , Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Publik Hüquqi Şəxs, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey və 189-190 Nömrəli Tam Orta Məktəb VII sinif şagirdləri iştirak edib.

Yarışmanın keçirilməsində məqsəd məktəblərarası münasibətləri inkişaf etdirərək,şagirdlərin gələcək inkişafına müsbət təsir etməkdir.

Yarışmada Şirvan KBTL I yer, Şəki KBTRL II yer, Gəncə FRİTL isə III yeri qazanıblar. Qeyd edək ki, bilik yarışını S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının direktor müavini Günel Vahabzadə, Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasının müəllimi Camal Kərimova təşkil edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR