Azərbaycanda sərnişindaşıma artıb?

2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 452,9 milyon sərnişinə xidmət göstəriblər.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,4 milyon ton yük, 396,7 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,2 faiz və 7,5 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,4 faiz, sərnişin dövriyyəsi isə 8,3 faiz artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR