Xavi fikrini dəyişib? - Laporta açıqladı

Xavi Hernandez “Barselona”da qala bilər.

Metbuat.az xəbər verir ki, bu barədə klubun prezidenti Xuan Laporta açıqlama verib. O məşqçinin verdiyi açıqlamaya baxmayaraq komandada qala biləcəyini vurğulayıb. “ Mundo Deportivo”ya danışan Laporta, “Mövsümün sonunda bu məsələni müzakirə edəcəyik. Xavi hazırda çox yaxşı işləyir. Onu etdiyi şeyi etməyə vadar edən hallar var idi, lakin mövsümün sonunda bu barədə yenidən danışmağa vaxtımız var".

Qeyd edək ki, Xavi Hernandez mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR