Nəhənglərin təklifini rədd edən Mourinyodan sürpriz seçim

“Roma”dan istefaya göndərilən Joze Mourinyo ilə bağlı maraqlı iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, nəhəng klublardan iddialı təkliflərə baxmayaraq Mourinyonun sürpriz seçim edə biləcəyi ilə qeyd edilib. İngiltərə mətbuatının məlumatına görə, Devid Moyes mövsümün sonunda "Vest Hem Yunayted"dən ayrılacaq. "Vest Hem Yunayted" rəhbərliyi kluba Joze Mourinyonu gətirmək istəyir. İddialara görə, portuqaliyalı məşqçi klubun təklif edəcəyi iddialı layihəyə rəhbərlik etməyə razılıq verə bilər. Portuqaliyalı məşqçi təklifi qəbul etməzsə Julen Lopetegui və Graham Potter digər alternativ məşqçilərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR