Aytən Səfərova bu xəstəxanaya köçürüldü - AÇIQLAMA

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır".

Bu barədə Metbuat.az-a TƏBİB-dən bildirilib.

Xatırladaq ki, Aytən Səfərova səhər saatlarında Zığ şosesində, Gənclik parkının yaxınlığında qəzaya düşüb. Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. O, müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR