"Fənərbaxça"nın futbolçusu Avropa nəhənginə keçir

"Arsenal" yaxından izlədiyi "Fənərbaxça"nın futbolçusu Ferdi Kadıoğlunu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, "Arsenal" Ferdi ilə maraqlandığını bildirib. “Sports Digitale”ın məlumatına görə, İngiltərə nəhəngi Ferdi üçün rəsmi təklif göndərməyə hazırlaşır. İddialara görə, "Arsenal"ın təklifi 25 milyon avro civarındadır. Bu təklif "Fənərbaxça"nı qane edir. Futbolçu ilə bir sıra Avropa klubları maraqlanır.

Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm "Fənərbaxça" forması ilə 44 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR