“Elektron hökumət” portalına qoşulma sistemləri dəyişdi - QƏRAR

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, sənədin 13.1-ci bəndi yeni redaksiyada - “13.1. Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi” verilib.

Buna qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə siyahıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən xüsusi razılıq (lisenziya) üzrə informasiya ehtiyatı daxil edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı