Mbappe sözünə əməl etmədi - Müqaviləni rədd etdi

Kilian Mbappe PSJ-yə verdiyi vədə əməl etməyib.

Metbuat.az xəbər verir ki, Mbappe PSJ-də qalacağına söz veribmiş. Fransa mediasının məlumatına görə, Mbappe ötən mövsümün sonunda PSJ-nin prezidenti Nasser Əl-Xəlaifiyə müqaviləni uzadacağına söz verib. Lakin o sözünə əməl etməyib. Buna görə də, Nasser Əl-Xəlaifinin Kilian Mbappeyə əsəbiləşdiyi deyilir. Qeyd edək ki, Kilian Mbappenin “Real Madrid”lə müqavilə imzaladığı deyilir. Hücumçunun “Real”a transferi mövsümün sonunda elan ediləcək.

Bildirilir ki, “Real Madrid” və PSJ-nin Çempionlar Liqasında qarşılaşmaq ehtimalı olduğuna görə, Mbapenin transferinin elan edilməsi təxirə salınıb. Klublar arasında bu barədə razılaşmanın olduğu qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR