Külək güclənib - FAKTİKİ HAVA

Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24 m/s, Naftalanda 20 m/s, Goranboyda 19 m/s-yə çatır.

Gədəbəy, Xaltan, Astara, Qrız, Qusar, Xınalıqda şimşək çaxıb, arabir yağış, Şahdağda sulu qar yağıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 25, Aran rayonlarında 28, dağlıq rayonlarda 20, yüksək dağlıq ərazilərdə isə 6 dərəcəyədək istidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR