“Barselona”nın ulduzu əzəli rəqibə transfer olur

Mövsümün əvvəlində "Mançester Siti"dən ayrılaraq "Barselona" ilə müqavilə imzalayan İlkay Gündoğan yeni qərar verib.

Metbuat.az xəbər verir ki, onun “Barselona”dan ayrılacağı irəli sürülür. İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Barselona"dan ayrılmağa qərar verən İlkay Gündoğan La Liqanın digər komandası "Atletiko Madrid"lə razılaşmaq üzrədir. İddialara görə, tərəflər arasında danışıqlar məhsuldar keçib. Bildirilir ki, tərəflər görüşdə əhəmiyyətli irəliləyiş əldə ediblər və danışıqlar artıq yekunlaşıb. Paytaxt komandası ulduz futbolçu ilə 2 illik müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "Barselona"nın heyətində 46 rəsmi oyun keçirib və bu matçların 40-da start 11-də yer alıb. Futbolçu 5 qol və 11 məhsuldar ötürmə ilə komandasına töhfə verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR