İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb

18:33 19 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonu Müsüslü kəndinin ərazisindən keçən hissəsində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Tariyel Şahkərəm oğlunun paytaxt istiqamətində idarə etdiyi betonqarışdıran yük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mersedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanıb.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin - Göyçay rayon prokurorunun böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölüb, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət alıb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iki_neferin_olumu_ile_neticelenen_yol_neqliyyat_hadisesi_ile_bagli_cinayet_isi_baslanib-825863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR