Bakıda avtomobil arakəsməyə çırpıldı - FOTO

Paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin qarşısında minik avtomobili dəmir arakəsməyə çırpılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Xəbərə görə, baş verən yol-nəqliyyat hadisəsi səbəbindən şəhər istiqamətində sıxlıq yaranıb.

    Hazırda sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR