Masallı sakini İncira Ağayeva rayonda velosipedlə işə gedib-gələn yeganə qadındır.
Metbuat.az xəbər verir ki, 14 ilə yaxındır ki, Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsində çalışır. O bildirib ki, velosiped sürməyi iki-üç günə öyrənib.
Səhhəti ilə əlaqədar velosipeddən istifadə edən İ.Ağayevanın bu addımını isə istər ailə üzvləri, istərsə də iş yoldaşları müsbət qarşılayıblar.
Ətraflı “İTV Xəbər”in süjetində: