Dəri və saçlar üçün ən faydalı üsul

Arqan yağı kosmetika yağlarının içərisində qidalandırma baxımından ən zəngin yağdır. Bu yağı saçda, dəridə, əldə və bədənin hər yerində isdifadə edə bilərsiz. Bu möcüzəvi yağ dərini çox tez bir zamanda nəmləndirir və hüceyrələri yeniləyir.

Metbuat.az xarici mediaya istinadən arqan yağının faydalarını təqdim edir:

- Oleik və linoleik turşuları ehtiva etdiyi üçün yaxşı qida mənbəyidir

- Antioksidant xüsusiyyətləri sayəsində infeksiyaları, yaraları və iltihabları tez sağaldır

- Omeqa 9 ilə zəngin olduğuna görə ürək üçün faydalıdır

- Şəkər xəstəliyinin qarşısını ala biləcəyini göstərən bəzi araşdırmalar var

- Xərçəng hüceyrələrinin çoxalmasını və böyüməsini azaldır

- Dəri hüceyrələrini yenilədiyi üçün qocalmanı gecikdirir

- Yara və iltihablı sızanaqların qıcıqlanmasını azaldır

- Tərkibindəki E vitamini sayəsində saç və dərini nəmləndirir

- Çatlaqların qarşısını almağa kömək edir

- Antioksidant və iltihab əleyhinə xüsusiyyətləri sayəsində ürək xəstəliyi riskini azaldır

- Tərkibində omeqa və vitaminlər olduğundan dəri baryerlərini gücləndirir

- Hamiləlik dövründə selülit meydana gəlməsini aradan qaldırmağa kömək edir

- Dəridə günəş şüalarının yaratdığı piqment yığılmasının qarşısını alır

- Saçları nəmləndirdiyi üçün zədələnməsinin qarşısını alır


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR