Azərbaycan vətəndaşı ölümündən sonra donor ola biləcək - RƏSMİ

“Vətəndaş ölümündən sonra donor olmaq istəyirsə, sağ vaxtı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edə bilər.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

O bildirib ki, vətəndaş qanunla müəyyən edilmiş sənədi imzalamalıdır ki, ölümündən sonra donor olmaq istəyənlərin reyestrinə daxil edilsin:

Hər arzu edən şəxs donor ola bilməz. Ümumiyyətlə, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda var. Birincisi, rutin, ikincisi, razılıq, üçüncüsü isə, etiraz prezumsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onun orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur.

Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanlar götürülə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR