“Qarabağ” Acunun klubundan onu almaq istəyir - FOTO

Cari mövsümdə vaxtından əvvəl ölkə çempionu olan “Qarabağ” yay transfer pəncərəsi üçün hazırlığını davam etdirir.

Metbuat.az "Baku TV"-yə istinadən xəbər verir ki, “köhlən atlar” İngiltərənin “Kristal Pelas” klubunun yetirməsi Ceyson Lokilonu heyətə qatmağı planlaşdırır. İddia olunur ki, hazırda icarə əsasında Portuqaliyanın “Vizela” komandasının şərəfini qoruyan futbolçu özü də keçidə müsbət yanaşır.

Qeyd edək ki, hücumameyilli cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən Lokilo müqavilə ilə “Hall Siti”yə məxsusdur. Vingerin “transfermarkt” portalına əsasən dəyəri isə 700 min avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR