Ermənistanın sülh prosesini sürətləndirmək istəyi şübhəlidir - Ekspert

"Paşinyan artıq bir neçə ildir bütün çıxışlarında sülhə hazır olduqlarını, Ermənistanın sülh niyyətinin səmimi olduğunu bildirir. Amma praktikada biz bunun real olduğunu görə bilmirik. Ermənistanın sülhdən danışmasına baxmayaraq, Azərbaycan-Ermənistan şərti sərhədində ölkəmizə qarşı təxribatlar törədilir. İrəvan Hindistan, Fransa və Yunanıstandan müxtəlif növ silahlar alıb. Eyni zamanda, Qərbin sifarişlərini Cənubi Qafqazda reallaşdırmağa niyyətlənmiş Ermənistan əslində sülh prosesini sürətləndirməkdə bir o qədər maraqlı deyil".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Onun sözlərinə görə, sülh yolunda vacib şərtlərdən biri Ermənistan konstitusiyasında dəyişikliyin olmasıdır.

"Ermənistan dəfələrlə bu prosesi uzadıb. Bəzən öz cavabını 1-2 ay gecikdirib. Belə olan halda, Ermənistanın sülh prosesini sürətləndirmək istəməsi müəyən şübhələr doğurur.

Ermənistan konstitusiyasında açıq-aşkar Azərbaycana qarşı ərazi iddiası yer alıb ki, belə olan halda hansısa sülhdən danışmaq olmaz. Həmçinin Zəngəzur dəhlizi məsələsinin də qısa zamanda həll olunması vacib amillərdən biridir. Əgər bütün bunlar baş verərsə, bir il ərzində, hətta daha tez sülh sazişi imzalana bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR